Obama İŞİD-lə döyüşə əsgər göndərdi
08-01-2014 10:20 / Bu xəbər 745 dəfə oxundu
ABŞ prezidenti Barak Obama İŞİD-lə döyüşən İraq ordusu ilə peşmərgəyə təlim keçmək üçün 1500 hərbçi göndərilməsi təlimatını verib.
Bu haqda məlumatı Ağ Ev yayıb.
Məlumatda deyilir ki, Ağ Ev İraq və Suriyadakı hərbi əməliyyatlar üçün Konqresdən 5,6 milyard dollar ayrılmağını tələb edib.
Pentaqondan bildiriblər ki, Amerika ordusunun İŞİD-lə mübarizə aparan İraq ordusuna dəstəyi önümüzdəki həftələrdə də artırılacaq.(AzNews.az)
Arqument.az












