O'Brayen Azərbaycana gəlir

O'Brayen Azərbaycana gəlir

27-06-2024 12:27 / Bu xəbər 648 dəfə oxundu

ABŞ  Avropa və Avrasiya üzrə baş diplomatını ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə etmək və Vaşinqtonun sülh prosesinə sadiqliyini vurğulamaq üçün cümə axşamı Azərbaycana göndərəcək.

"Turan"ın Vaşinqton müxbiri xəbər verir.

Dövlət katibinin köməkçisi Ceyms O'Brayen: "27-29 iyun tarixlərində Azərbaycanın Bakı  və Xorvatiyanın Dubrovnik şəhərinə səfər edəcək", - Dövlət Departamentinin bəyanatında deyilir.

O'Brayen Bakıda "ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində irəliləyiş və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinə dəstəyini vurğulamaq" üçün Azərbaycanın yüksək vəzifəli hökumət rəsmiləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

O həmçinin Azərbaycanın insan hüquqları üzrə beynəlxalq öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha bəyan etmək üçün vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək.

O’Brayen bu yaxınlarda İrəvan səfərindən qayıdıb və burada Ermənistanla strateji dialoqa rəhbərlik edib və ölkə liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

O'Brayen Bakıya getməzdən əvvəl bu gün Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt Komitəsində Dövlət büdcəsi sorğusu qarşısında çıxış edəcəcəyi  və orada administrasiyanın Cənubi Qafqazda, xüsusən də Gürcüstan, Ermənistanla bağlı bəzi səylərini ortaya qoyacağı, eləcədə Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə danışacağı gözlənilir,  TURANa konqresdəki mənbələrdən məlumat verilib.

O`Brayen bu yaxınlarda İrəvan səfərindən qayıdıb və burada Ermənistanla strateji dialoq aparıb, ölkə liderləri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Sabah Bakıdakı görüşündən sonra O'Brayen Dubrovnik Forumunda iştirak etmək və Avropa tərəfdaşları və müttəfiqləri ilə Qərbi Balkanların Avro-Atlantik inteqrasiyasını müzakirə etmək üçün Xorvatiyaya gedəcək.

"Forumda çıxış edən dövlət katibinin köməkçisi regionun islahat potensialının açılmasında ABŞ-ın dəstəyini vurğulayacaq. Dövlət katibinin köməkçisi O'Brayen həmçinin Xorvatiyanın yüksək vəzifəli hökumət rəsmiləri ilə müdafiə sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və ABŞ-da digər əsas prioritetləri müzakirə etmək üçün görüşəcək" Xorvatiya ilə ikitərəfli əlaqələr”, - Dövlət Departamenti bildirib.