OCCRP Rusiyada fəaliyyətini dayandırır

OCCRP Rusiyada fəaliyyətini dayandırır

16-09-2021 15:25 / Bu xəbər 1516 dəfə oxundu

"Bu, o anlama gəlmir ki, biz bu ölkədəki irimiqyaslı korrupsiya haqda yazmağa davam etməyəcəyik”

OCCRP Kremlin müstəqil jurnalistikaya qarşı kampaniyası fonunda jurnalistləri müdafiə etmək üçün Rusiyadakı fəaliyyətini bu həftə tamamilə dayandırır: "Hazırda Rusiyadakı işimiz yerli jurnalistlərə faydadan çox ziyan vura bilər, – OCCRP-nin həmtəsisçisi və baş redaktoru Dryu Sallivan deyir. – Bu, o anlama gəlmir ki, biz bu ölkədəki irimiqyaslı korrupsiya haqda yazmağa davam etməyəcəyik. Sadəcə anlayırıq ki, bizimlə əməkdaşlıq etdiklərinə görə, həmişəki kimi, hökumət öz vətəndaşlarını cəzalandıracaq”.

OCCRP-nin bir çox rusiyalı partnyoru son ayda "xarici agent” və ya "arzuolunmayan təşkilat” siyahısına salınıb. 

Bu cür status alan KİV işləməyə mane olan sərt tələblərə riayət etməlidir. Bir çox dərc bağlanmaq məcburiyyətində qalıb: "Biz Rusiya haqqında araşdırmaları nəşr etməyə davam edəcəyik, – OCCRP-nin innovasiyalar üzrə həmtəsisçisi və direktoru Pol Radu deyir. – Rusiya hökuməti korrupsiya və dezinformasiyanı həm regional, həm də beynəlxalq səviyyədə fəal şəkildə yayan və digər ölkələrin də stabilliyinə xələl gətirməyə cəhd edən böyük oyunçudur. Biz bunun qarşılığında susmayacağıq”.

OCCRP rusiyalı əməkdaşlara digər ölkələrə köçməyi təklif edib. Bu təklifdən imtina edənlərə işdən azad olunma təzminatı verilib və yeni iş axtarışında yardım edilib: "Biz OCCRP-yə bu cür uğur qazanmaqda yardımçı olan əfsanəvi rusiyalı əməkdaşlarımıza minnətdarıq”, – Radu deyir. – Putin hökuməti müstəqil KİV-ə açıq-aşkar hücuma keçdiyi bir zamanda onlar öz həmvətənlərinə obyektiv jurnalistikanı əlçatan ediblər”.