Olland avrozona parlamenti yaratmağı təklif etdi

Olland avrozona parlamenti yaratmağı təklif etdi

15-07-2015 02:12 / Bu xəbər 1147 dəfə oxundu

Fransa prezidenti Fransua Olland Bastiliyanın alınmasının ildönümü ilə bağlı xalqa ənənəvi telemüraciətində avrozona üçün seçilən parlament və ayrıca hökuməıt ideyasını təklif edib. 

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Olland blok çərçivəsində büdcə və sosial siyasətin daha sıx uzlaşdırılması ideyasını da dəstəkləyib. 

Lakin Yunanıstandakı maliyyə böhranından doğan bu ideyanın dəstəklənib-dəstəklənməyəcəyi bəlli deyil. Çünki Avropa Birliyinin Avroparlament adlanan orqanı artıq var.  

Avrozona – Avropa Birliyi çərçivəsində fəaliyyət göstərən valyuta ittifaqıdır. Hazırda o, Avropa Birliyinin 19 ölkəsini birləşdirir. Avrozonanın rəsmi valyutası avrodur.