Ombudsmanı da cərimələdilər

Ombudsmanı da cərimələdilər

23-08-2020 12:35 / Bu xəbər 1492 dəfə oxundu

AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlardan daha bir neçəsi cərimələnib.

DİN mətbuat xidmətindən verilən məlumata görə, Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktorunun həyat yoldaşı müğənni Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat məbləğində cərimə olunublar. 

Qanuna görə, Ombudsmanı cərimələmək olmaz. Belə ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır və onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz (6.1 və 6.2-ci maddələr).