Operativ Qərargahın brifinqi: problemlər, yanlışlar...

Operativ Qərargahın brifinqi: problemlər, yanlışlar...

04-08-2020 15:48 / Bu xəbər 1901 dəfə oxundu

Hüquqşünas Nizami Bağırov Operativ Qərargahın dünənki brifinqini tənqid edib.

O yazıb: 


1. Bu gün bir daha əmin oldum ki, Operativ Qərargah məhz Abşeron yarımadasında yaranan problemlərin həll edilməsi üçün yaranıb:

- Bakı-Sumqayıt-Abşeron ərazilərində olan çimərliklərin monitorinqi və dezinfeksiyasını həyata keçirir, çimərliklərin fəaliyyətini həyata keçirilməsi üçün könüllülər cəlb edir. Bəs dənizə çıxışı və çimərlikləri olan digər rayon sakinləri (cənub və şimal zonası) niyə unudulur, həmin ərazidə olan çimərliklərin monitorinqi və dezinfeksiyası niyə həyata keçirilmir?

- rayon və şəhərlərarası ictimai nəqliyyata qoyulan məhdudiyyətlərin götürülməməsi məhz virusa yoluxanların böyük hissəsinin Bakı şəhərində yaşaması ilə əlaqələndirilir (Hikmət Hacıyev). Onda Bakıya görə niyə digər regionlar əziyyət çəkməlidir? Məlumdur ki, sıx əlaqəli rayon və şəhərlər var (Astara-Lənkəran-Masallı, Quba-Qusar-Xaçmaz, Gəncəbasar) ki, onlar arasında daima ictimai nəqliyyat işləyib. Olmazmı ki, bu xətlər üzrə rayonlararası nəqliyyat işləsin.

2. İctimaiyyəti maraqlandırılan heç bir suala konkret cavab verilmədi:

- insanlara və sahibkarlara maliyyə yardımları barədə;
- şəhər və rayonlardan giriş-çıxışlar barədə və s;

3. Tədbirlər Planının tam şəkildə icra olunmaması:

 - avqust ayının 3-i olmasına baxmayaraq hələ də sahibkarlara aprel-may ayları üçün nəzərdə tutulan maliyyə yardımlarının tam şəkildə ödənilməyib;
- sahibkarlara bundan sonra maliyyə yardımı nəzərdə tutulsa yəqin həmi pulu Yeni il ərəfəsində alacaqlar; 
- bəh-bəhlə deyilir ki, işdən azad olunma halları yoxdur. Özləri anlayırlar nə deyirlər? Sahibkarlar sadəcə işləməyən işçilərə əmək haqqı vermirlər və ya işçiləri işdənçıxma barədə məcburi ərizə yazdırırlar. "Batan" sahibkara bundan sonra nə cərimə qorxusu və ya islanmışın yağışdan nə qorxusu?

4. Absurd qərarlar:

- monitorinqi aparılan 65 çimərlik eyni zamanda 100.000 insan qəbul edə bilər, orta hesabla bir çimərliyə təxminən 1.600 insan düşür, amma həmin çimərlik ərazisində fəliyyət göstərən açıq havada kafe-restoranlara qadağa qüvvədə qalır. Buna səbəb kimi də sosial məsafənin qorunmaması və qida qəbul edərkən maskadan istifadə etməməsi göstərilir (Yaqut Qarayeva). Onu deyə bilərəm ki, çimərliklərdə fəaliyyət göstərən kafelərdə onsuzda masalar (besedkalar) bir-birindən kifayət aralı yerləşirdi və bununla bağlı problem yoxdur. Digər tərəfdən isə açıq havada maska taxmaq zərurəti yoxdur. İndi bizə izah etməyə çalışırlar ki, həmin kafelərin ətrafında 1600 nəfər maska ilə sosial məsafə saxlamaqla çiməcək?
- gün ərzində Bravo supermarketlərə 10 minlərlə insan axışıb virusa yoluxmayacaq, amma gün ərzində Əli-Vəli-Pirvəlininqeyri-ərzaq mağazalarına 10 nəfər daxil olanda virusa yoluxacaq?

5. Brifinqə adekvat media qurumların və müxbirlərinin dəvət edilməməsi:

- ora dəvət ediləm media qurumları ictimaiyyəti maraqlandıran suallarla çıxış etməyəcəklər;
- orada iştirak edən jrnalistlərin əksəriyyətinin peşəkarlığına şübhə ilə yanaşıram. Ən azı orada səslənən suallar bunu deməyə əsas verir;
- brifinqdə nə qədər peşəkar jurnalist şox olsa o qədərdə cavab verən şəxslər birifinqə məsuliyyətlə hazırlaşacaqlar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.