Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib

Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib

06-11-2019 17:43 / Bu xəbər 403 dəfə oxundu

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi aparan ambulans təyyarə İstanbula çatıb.

Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev feysbukda yazıb.

Onun sözlərinə görə, atası artıq Avrasiya Xəstəxanasına yerləşdirilib.
 
Oqtay Güləliyev 29 oktyabr axşam saatlarında, 28 May və Puşkin küçələrinin kəsişməsində yolu keçərkən piyada keçidinin üstündə maşınla vurulub. 
 
Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. 

Müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub.