Oqtay Gülalıyev təcili klinikaya çatdırılıb
06-08-2021 16:49 / Bu xəbər 2786 dəfə oxundu
Vəziyyəti pisləşən Oqtay Gülalıyev təcili klinikaya çatdırılıb.
Bu barədə avqustun 6-da "Turan" informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, EGE Hospital özəl klinikasında Oqtay Gülalıyevin başının MRT-si çəkilib və baş beyində hər hansı yeni pozuntu aşkar edilməyib.
Həkimlər onun vəziyyətinin pisləşməsinin qastronomik borunun düşməsi nəticəsində qarın boşluğunda yaranan problemlərlə əlaqədar olduğu barədə nəticəyə gəliblər.
Fəalın müayinəsi davam etdirilir.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevdə qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib, belə ki, onun köməyilə qida birbaşa mədəsinə verilirdi.
Dünən, səhər erkən saatlarda xanımı müəyyən edib ki, qastrostomiya borusu boşluqdan çıxıb.
Saat 08.30-ə yaxın o, Topşubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər.
Sonra o, evə gətirilib, qastrostomiya borusu ilə yemək verildikdən sonra titrəməyə başlayıb, temperaturu yüksəlib.
Hüquq müdafiəçisinin vəziyyəti kritik olaraq qiymətləndirilir.












