Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olundu

Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olundu

18-01-2021 11:22 / Bu xəbər 437 dəfə oxundu

Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. 

Bu barədə APA məlumat yayıb.

Məlumata görə, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub. 

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Bu gündən Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.