Orta məktəb müəllimlərinin maaşı da artdı - 10 faiz
28-02-2018 19:28 / Bu xəbər 3385 dəfə oxundu
Azərbaycanda təhsil müəssisələrində çalışan işçilərin əməkhaqları artırılır.
Prezident İlham Əliyev fevralın 28-də bununla bağlı iki sərəncam imzalayıb.
Birinci sərəncam dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılmasını nəzərdə tutur.
Onların vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılacaq.
Başqa bir sərəncam dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının artırılması ilə bağlıdır.
Onların da maaşları martın 1-dən orta hesabla 10 faiz artırılacaq.
Prezident İlham Əliyev fevral ayının 19-dan etibarən bəzi təqaüd və müavinətlərin artırılması ilə bağlı sərəncamlar verib.
Həmin artımlar da martın 1-də qüvvəyə minəcək. Amma bu artımlar 10 faizdən 70 faiz arasında dəyişir.///azadliq.org












