Osman Gündüz: “BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin...”

Osman Gündüz: “BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin...”

24-01-2020 12:05 / Bu xəbər 905 dəfə oxundu

Azərbaycanda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq.

Qaynarinfo məlumat verir ki, bu barədə Bakı Şəhər İcra hakimiyyəti bir müddət öncə məlumat yayıb. Məlumatda qurumun hazırda sözügedən layihə ilə bağlı elektron resurs hazırladığı bildirilir. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, uşaq bağçalarına iddiaçıların sayı yetərincə çox olduğundan həmin sistemin də çökmə ehtimalı yarana bilər:

"Bu məqsədlə xeyli vəsait də ayrılıb. Baxmayaraq ki, belə bir oxşar informasiya resursu, məktəbəqədər hazırlıq və 1-ci siniflərə elektron qəbulla bağlı sistem Təhsil Nazirliyində var. Bu sistem testdən keçirilib, real olaraq da normal fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti yenidən belə bir sistem hazırlayır. Bizi maraqlandıran odur ki, bu günlərdə MİDA və İpoteka və Kredit Zəmanəti Fondunun informasiya sistemlərində baş verənlər burada da təkrarlanmasın. Əlaqədar qurumların diqqətinə çatdrımaq istərdim ki, uşaq bağçalarına da iddiaçıların sayı yetərincə çoxdur. Odur ki sistemin bu gedişlə çökmə ehtimalı istisna olunmur. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, test olunmadan, audit aparılmadan Bakı şəhər İcra Hakimiyyətinin adı çəkilən resursunun fəaliyyətinə icazə verilməsin.

Bakı Şəhər İcra Hakimiyyəti adı çəkilən resursun, məlumat bazasının NRYTN Data Mərkəzində yerləşdirilməsi doğru olardı”.