"Çox fəlakətli durumdur" - Ekspert

15-11-2016 15:18 / Bu xəbər 2965 dəfə oxundu

"Beynəlxalq Bankın problemi aktivlərinin maksimum 6 milyard manat olduğu deyilirdi. İndi məlumat verilir ki, 2016-cı il ərzində 10 milyard manata yaxın toksik aktiv "Aqrarkredit"ə ötürülüb. Bunun da əksəriyyəti xarici valyutada olan aktivlərdir". 

Qaynarinfo.Az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Rövşən Ağayevin sözlərinə görə, il ərzində valyuta bazarını silkələyən, manatı xarici valyutalar qarşısında çökməyə məcbur edən əsas səbəblərdənə birini bax burda axtarmaq lazımdır: 

"Mərkəzi Bankın çap maşını "zəmanətli hökumət borcu" formasında Beynəlxalq Bankda illər ərzində korrupsiyanın əritdiyi vəsaitlərin yerini manatla doldurur, həmin manat isə dollara çevrilib banka dollarla depozit qoyan, borc verən subyektlərə qayıdır". 

Ekspert bildirib ki, hələ ən pisi də bununla bitmir: 

Sən demə 10 milyard manatlıq əməliyyat hələ sağlamlaşdırmanın 1-ci mərhələsiymiş, 2 mərhələ gələn il başlayır. Bu mərhələdə nə qədər problemli aktiv Mərkəzi Bankın çap maşınını hərəkətə gətirəcək, onu dilə gətrimirlər.  Bu gedişlə axırda məlum olacaq ki, Beynəlxalq Bankda ən azı 10 milyard dollar "sehrli mədə"nin qurbanı olub.Görünür hökumətin cəmiyyətə qayğısının mümunəsidir ki, ürək xəstəliyinə tutulacağımızdan qorxub 10 milyardı birdən-birə demədilər. Əvvəlcə 5-6 milyard manatdan danışırdılar"...

Rövşən Ağayevin fikrincə, Azərbaycan miqyasda ölkə üçün bu "əsrin korrupsiyası"dır: 

"Ətrafımızda olan heç bir ölkənin bank sektorunda bu cür genişmiqyaslı korrupsiya cinayət baş verməyib. Gürcüstanda, Qazaxıstanda, Rusiyada belə özbaşınalığın, pinti menecmentin olmasını təsəvvürə gətirə bilərsinizmi?".

Arqument.Az