"Oxuduqca qananın hər yanı ağrıyır, Qiyas!"

18-09-2017 15:53 / Bu xəbər 2144 dəfə oxundu

Arqument.Az Elnur Asın siyasi məhbuslar - Bayram Məmmədov və Qiyas İbrahimova yazdığı şeiri təqdim edir: 

Nə gözəl yazmısınız : "Qul bayramınız mübarək!”
Oxuduqca qananın hər yanı ağrıyır, Qiyas!
Bayram, oxuduqca adamın hər yeri ağrıyır. 
Dağ yıxılır, ancaq dağın dumanı ağrıyır, Qiyas!

Bir göyçək diləyimiz var – yox olsun heykəlləri! 
Uçulmağa, sökülməyə çox olsun heykəlləri...
Postamentindən elə yıxılsın heykəlləri - 
Görək qara mərmərlərin qanı ağrıyır, Qiyas?!

Külə dönmüşsə əgər bu od, - közə bayramdı,
Qəhr olan köhnə nə var, deməli, təzə bayramdı...
Bayramlar yetişdikcə, millət, bizə bayramdı,
O necə bayramdı ki, adamın canı ağrıyır, Qiyas?!

(sentyabr, 2017)