Pakistan Azərbaycana humanitar yardım göndərib

Pakistan Azərbaycana humanitar yardım göndərib

12-12-2020 16:07 / Bu xəbər 580 dəfə oxundu

Pakistan hökuməti Azərbaycanın işğaldan azad edilən ərazilərindəki hərbçilər və mülki şəxslər üçün humanitar yardım göndərib.

Bu barədə Pakistanın Azərbaycandakı səfirliyi məlumat verib.

Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına qardaşlıq münasibətinin daha bir nümunəsidir.

"Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır".