Pakistanın sabiq baş nazirinə atəş açılıb

Pakistanın sabiq baş nazirinə atəş açılıb

03-11-2022 16:39 / Bu xəbər 858 dəfə oxundu

Pakistanın sabiq Baş nazir İmran Xan "sui-qəsd cəhdi zamanı ayağından vurulub"

Bu barədə noyabrın 3-də "The Guardian" nəşri xəbər yayıb. 

Nəşr bildirib ki, İmran Xan ölkənin şimal-şərqindəki Lahor şəhərindən 150 km aralıda konvoyuna atəş açılması nəticəsində yaralanıb. 

Xan növbədənkənar seçkilər tələbi ilə İslamabadda etiraz yürüşünə rəhbərlik edirdi. 

Xəsarət alan sabiq baş nazirin həyatının təhlükədən xilas olduğu qeyd edilib. 

Hadisə nəticəsində ümumilikdə 4 nəfərin yaralandığı bildirilir.