Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb

Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb

15-12-2019 01:18 / Bu xəbər 927 dəfə oxundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb.

"Report” xəbər verir ki, iclasda Böyük Quruluş Partiyasının (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Demokrat Partiyasının (ADP), Böyük Azərbaycan Partiyasının (BAP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP).
 
 
Parlament hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. Növbədənkənar seçkilər fevralın 9-na təyin edilib. 

Müsavat, REAL, Ümid partiyaları seçkilərdə iştirak etmək barədə qərar qəbul ediblər.

AXCP və Demokratik Qüvvələrin Milli Şurası seçkini boykot etmək barədə qərar qəbul edib.