Parlamentdə dava düşdü: deputat baş naziri vurdu - FOTO-VİDEO

Parlamentdə dava düşdü: deputat baş naziri vurdu - FOTO-VİDEO

11-12-2015 14:24 / Bu xəbər 1507 dəfə oxundu

Bu gün Ukrayna baş naziri Arseniy Yatsenyuk il ərzində Nazirlər Kabinetinin işi ilə bağlı hesabat çıxışını edib.

Baş nazir çıxış edərkən yüzlərlə insan Ali Rada binası önünə toplaşaraq baş naziri istefaya səsləyib.

Öz növbəsində ukraynalı deputatlar da Yatsenyuka qarşı sərt tənqidlər çıxış ediblər və onun istefasını tələb ediblər.

Baş nazir isə çıxış edərək bildirib ki, əgər Rada belə bir qərar qəbul edərsə, istefaya getməyə hazırdır.("Qafqazinfo”)