Partiya sədrindən AQTA rəhbərinə ittihamlar
09-07-2024 14:18 / Bu xəbər 664 dəfə oxundu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkənin yağ bazarında anarxiya yaratmaqda ittiham olunur.
Bu günlərdə Ümid Partiyasının sədri İqbal Ağazadənin həyəcan təbili çalması bu sahədə ciddi problemlərin varlığından xəbər verir.
Partiya sədrinin sözlərinə görə, ikinci dərəcəli, sıxılmış, atılmalı yağlar gətirilərək təkrar emal olunur və əhaliyə satılır.
Bu da onkoloji xəstəliklərin genişlənməsinə gətirib çıxarır.
Bu məhsulların ölkəyə idxalı zamanı AQTA müsbət rəy verməklə xalqın genefondunu, sağlamlığını məhv etməyə fərman vermiş olur.
Hazırda marketlərin vitrinlərində hər çeşiddə və qiymətdə yağlara rast gəlmək olar.
Onların əksəriyyəti Rusiya və Yeni Zellandiya istehsalı olan kərə yağı kimi istehlakçılara sırınır. Lakin qiymətlərindən də məlum olur ki, keyfiyyətsiz, marqarin, yaxud da mənşəyi zərərli yağ məhsullarıdır. Hətta texniki yağların, ən zərərli olan palma yağlarının bazarlara ayaq açdığını söyləmək olar.