Paşinyan apreldə istefa verəcək

Paşinyan apreldə istefa verəcək

28-03-2021 17:07 / Bu xəbər 2042 dəfə oxundu

Ermənistanın Baş naziri Nikol Paşinyan apreldə istefa verəcək.

Bu barədə erməni mətbuatı məlumat yayıb. 

Paşinyan Armavir bölgəsinin sakinləri ilə görüşündə deyib ki, növbədənkənar parlament seçkilərinə qədər Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edəcək.

O, istefasının seçkilərlə bağlı olduğunu qeyd edib: "Erkən seçkilərin keçirilməsi üçün apreldə istefa verəcəyəm, ancaq bu hakimiyyətdən getmək anlamına gəlməməlidir. Baş nazir səlahiyyətlərimin icrasını isə davam etdirəcəyəm”.