Paşinyan Azərbaycanda saxlanılan erməni həbçilərin sayını açıqladı
18-06-2021 19:09 / Bu xəbər 1013 dəfə oxundu
Ermənistan hökuməti əsir götürülən və həlak olan əsgərlərin sayı barədə manipulyasiları yolverilməz hesab edir.
Bu barədə ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan İctimai televiziyaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda saxlanılan erməni hərbçilərin təsdiq edilmiş sayı 60-dır.
Paşinyan bildirib ki, bəzi ehtimallara görə Azərbaycanda "əsirlikdə" daha 110 nəfər ola bilər.
O, müharibədən sonra ölkəyə 89 əsirin qayıtdığını deyib və əlavə edib ki, Ermənistanda 1994-cü ildən bəri itkin düşmüş vətəndaşların ümumi sayı sayı 395 nəfərdir.///toplum.tv












