Paşinyan: "Azərbaycanla sülh danışıqları dərhal başlamalıdır"

Paşinyan:

24-03-2022 13:37 / Bu xəbər 1854 dəfə oxundu

"Regionda və dünyada vəziyyət gərgindir. Biz də bu gərginliyi azaltmaq üçün həll variantlarını axtarıb tapmalıyıq. Bunun üçün məsuliyyət daşıyırıq".

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
 
Baş nazir hökumətin iclasındakı çıxışı zamanı bildirib ki, Azərbaycanla sülh danışıqlarına başlanılmalıdır: "Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır. İki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir".(qaynarinfo)