Paşinyan münasibətlərin normallaşmasını istəyir

Paşinyan münasibətlərin normallaşmasını istəyir

18-04-2023 12:55 / Bu xəbər 1350 dəfə oxundu

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşüb.

Bildirilir ki, onlar Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasını müzakirə ediblər.

Xəbəri "Sputnik Armenia” yayıb.

Bildirilir ki, tərəflər kommunikasiya xətlərinin açılmasını, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib, regiondakı vəziyyətlə bağlı danışıblar.

 E.Olson Yerevandadır. O, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan və parlamentin vitse-spikeri Ruben Rubinyanla da görüşüb.