Paşinyandan Şuşayla bağlı açıqlama: "Mən harada elə söz demişəm?"

Paşinyandan Şuşayla bağlı açıqlama:

28-01-2021 17:11 / Bu xəbər 721 dəfə oxundu

Yerevandakı "Yerablur” hərbi məzarlığını ziyarət edən Nikol Paşinyana Şuşa şəhərinin hansı ölkəyə məxsus olması ilə bağlı provakativ sual verilib.  

"Sputnik Ermənistan"ın yanvarın 28-də verdiyi xəbərə görə, jurnalist hökumət başçısına onun "Şuşanı Azərbaycan şəhəri hesab etməsi" ilə bağlı sual ünvanlayıb.

Nikol Paşinyan jurnalistdən özünün nə vaxt belə bir ifadə işlətdiyini xatırlatmağı xahiş edib. 

Jurnalist onun parlamentdəki çıxışına istinad etdikdə isə, baş nazir bildirib ki, əgər jurnalist dəqiq sitatı yazılı şəkildə təqdim etsə, onun sualına canlı yayımda cavab verəcək. 

"Mən harada elə söz demişəm? Siz şəxsən bunu kağıza yazın, sitat gətirin və mən canlı yayımda sizin sualınıza cavab verəcəyəm. Başqa suallara isə indi cavab verməyəcəyəm. Şərtimiz şərtdir – sizin sualınızı canlı yayımda cavablandıracağam”.

Jurnalistlərin baş nazirə həbi əsirlər barədə ünvanladıqları suallar da cavabsız qalıb. 

"Münaqişənin başlanmasına və şəhərin azad olunmasına qədər Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət idi. Yəni siz demək istəyirsiniz ki, 90 faiz azərbaycanlı əhalisi olan Şuşa şəhəri həmin statusla erməni şəhəridir?  Hələ bundan sonra da deyirsiniz: sən bəyan etmisən ki, Artsax Ermənistandır. Əgər siz hesab edirsinizsə ki, Artsax Ermənistan deyil və sizin mövqeyiniz belədir, onda bu mövqeyinizi formalaşdırın və rəsmən ifadə edin”, - Nikol Paşinyan bu sözləri yanvarın 20-də Ermənistan parlamentində "Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zöhrabyanın sualına cavab olaraq söyləmişdi. 

Baş nazir və parlamentin spikeri Ararat Mirzoyan bu gün Ermənistanda qeyd olunan ordu günü münasibətilə "Yerablur" hərbi məzarlığını ziyarət ediblər.///toplum.tv