Pentaqon Putinin nüvə təhdidinə cavab verdi: "Şübhə eləmirik"
28-02-2022 11:56 / Bu xəbər 870 dəfə oxundu
Amerika Birləşmiş Ştatları Rusiya prezidenti Vladimir Putinin Rusiyanın nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirməsini mümkün sayır.
Bu barədə Pentaqonun nümayəndəsi bildirib.
O deyib ki, ABŞ özünü, müttəfiqlərini və tərəfdaşlarını müdafiə etmək iqtidarındadır.
"Bizim bu xəbərlərin doğruluğuna şübhə etmək üçün heç bir əsasımız yoxdur”, - deyən Pentaqon rəsmisinin fikrincə, bu, Putin tərəfindən lazımsız addımdır. Çünki Rusiya NATO, eləcə də Ukrayna tərəfindən heç vaxt təhdid edilməyib.
O, ukraynalıların rus qoşunlarının işğalına inadla müqavimət göstərdiyini deyib və əlavə edib ki, Ukrayna ərazisində bir dənə olsun böyük şəhər tutulmayıb.












