Peskov: “Lazım olduğu təqdirdə Putin Azərbaycan rəhbərliyi ilə telefonla danışacaq”
28-09-2020 14:54 / Bu xəbər 917 dəfə oxundu
"Moskva Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Ankara ilə tam təmasdadır"
"Lazım olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan rəhbərliyi ilə telefonla danışacaq".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Xəbəri APA Moskva müxbirinə istinadən yayıb.
Kremlin sözçüsü hərbi əməliyyatlar başlayandan Xarici İşlər naziri Sergey Lavrovun həmkarları ilə daim təmasda olduğuna diqqəti çəkib.

Onun sözlərinə görə, Moskva Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Ankara ilə tam təmasdadır: "Dünən Xarici İşlər nazirləri xətti ilə Ankara ilə təmaslar olub. Rusiya tərəfi Türkiyə ilə tam təmasdadır”, - deyə Kremlin sözçüsü Rusiya və Türkiyə prezidentləri arasında Dağlıq Qarabağla bağlı telefon danışığının planlaşdırılması ilə bağlı suala cavabında vurğulayıb.












