Peskov: "Putin Bakıda Pavel Durovla görüşməyib"

Peskov:

26-08-2024 13:56 / Bu xəbər 734 dəfə oxundu

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfəri zamanı "Teleqram"ın yaradıcısı Pavel Durovla görüşmədiyi bildirilir. 

Bu barədə Putinin köməkçisi Dmitri Peskov TASS-a danışıb.

Peskov Durovun Fransada həbs olunmasına da toxunub. 

O deyib ki, Kreml bu sualları şərh etmək istəmir, çünki Durovun konkret nədə ittiham olunduğunu bilmir.

Azərbaycandan Fransaya gedən "Telegram"ın qurucusu Pavel Durov Parisdə saxlanılıb.

Məlumatı Fransanın TF1 kanalı yayıb. 

Müstəntiq TF1 kanalına bildirib ki, Pavel bir çox cinayətlərdə şübhəli bilinir. 

Pavel Durov ötən həftə Azərbaycanda səfərdə olub, dövlət rəsmiləriylə görüşmüşdü. 

TF1 kanalı yazır ki, Pavel Durovu Fransada 20 ilə qədər həbs gözləyir.  

Pavel tezliklə Fransa vətəndaşı kimi məhkəmə qarşısına çıxacaq.