Piket günü saxlanılanların siyahısı açıqlandı

Piket günü saxlanılanların siyahısı açıqlandı

13-11-2019 16:29 / Bu xəbər 316 dəfə oxundu

Müsavat Partiyası noyabrın 12-də saxlanılan partiya üzvlərinin siyahısını açıqlayıb.

Partiyanın mətbuat xidmətindən bununla bağlı daxil olan məlumatda bildirilir ki, aksiyadan hələ 5 gün əvvəl Bakıda və regionlrarda Müsavat fəallarına qarşı təzyiq kampaniyası başlayıb. 

Ötən günlər ərzində 100-dən artıq müsavatçı polisə çağırılıb. 

Bəzi müsavatçılar evindən, yaxud iş yerlərindən polis idarələrinə və bölmələrinə aparılıb. 

Onlara aksiyada iştirak edəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xıbərdarlıq edilib.

Onlardan Müsavat Partiyası başqanınınn müavini Razim Əmiraslanlıya 15 sutka inzibati həbs cəzası verilib.

Həmçinin bir sıra jurnalistlər polisə çağırılıb, onlara aksiya günü çəkiliş etməmək barədə qanunsuz göstəriş verilib. 

Piket günü bir sıra jurnalistlər, o cümlədən Pərvin Abışov, Nurlan Libre, Fatimə Mövlamlı, Könül Alı polis zorakılığı ilə üzləşiblər. 

Bilavasitə aksiya günü polisə aparılanların sayı isə, hələ tam dəqiqləşdirilməmiş siyahıya görə, 51 nəfərdir.

Siyahını təqdim edirik:

Arif Hacılı – Müsavat Partiyasının başqanı
Fərəc Kərimli – Müsavat Partiyası başqanınınn müavini
Səxavət Soltanlı – Müsavat Partiyası başqanınınn müavini
Mustafa Hacıbəyli – Müsavat Partiyasının Divan üzvü
Könül Alı – Müsavat Partiyasının Divan üzvü
Yusif Tağı – Müsavat Partiyasının Divan üzvü
Mərdan Mehdili – Müsavat Partiyası başqanının müşaviri
Azər İsmayıl – Müsavat Partiyası başqanının müşaviri
Dadaş Əhmədli – Müsavat Partiyası başqanının müşaviri
Elman Həsənli – Müsavat Partiyası başqanının müşaviri
Elman Quliyev – Müsavat Partiyası Gənclər Təşkilatının sədri
Əziz Məmiyev – Müsavat Partiyası Gənclər təşkilatının sədr müavini
Qədir Nağıyev – Müsavat Partiyası Gənclər Təşkilatının üzvü
Sabit Hacıyev – Binəqədi rayon təşkilatının sədri
Zakir İsmayıl – Səbail rayon təşkilatının sədri
Namik Niftiyev – Nərimanov rayon təşkilatının sədri
Gülməmməd Abdullazadə – Sabunçu rayon təşkilatının sədri
Qəzənfər Baxışov – Xətai rayon təşkilatının sədri
Qədim Soltan – Qaradağ rayon təşkilatının sədri
Afər Şirvanlı – Nəsimi rayon təşkilatının sədri
Zakir Məmmədzadə – Nizami rayon təşkilatının sədri
Niyaz Nəsir – Xəzər rayon təşkilatının sədri
Raqif Kәrimli – Laçın  rayon təşkilatının sədri
Nazim Azadoğlu – Qubadlı rayon təşkilatının sədri
Elşad Israfil – Sumqayıt şəhər təşkilatının sədri
Xanoğlan Ağazadə – Sabirabad rayon təşkilatının sədri
Zaidağa Səmədov – Hacıqabul rayon təşkilatının sədri
Əflatun Muradov – Şamaxı rayon təşkilatının sədri
Kәrimxan Zeynalov – Müsavat Partiyasının Məclis üzvü
Әrzulla Buludlu – Müsavat Partiyasının Məclis üzvü
Cahangir İsmayılbəyli – Binəqədi rayon təşkilatının üzvü
Valeh Hümmətoğlu – Nərimanov təşkilatının üzvü
Radim Abdullayev – Nərimanov rayon təşkilatının üzvü
Cəfər Rzayev – Nərimanov rayon təşkilatının üzvü
Ələfsər Manaflı – Nərimanov rayon təşkilatının üzvü
Elnur Həsənov – Nərimanov rayon təşkilatının üzvü
İntiqam Tanrıverdiyev – Nərimanov rayon təşkilatının üzvü
Elnur Əskərov – Sabunçu rayon təşkilatının üzvü
Yaşar Türk Azәr – Sabunçu rayon təşkilatının üzvü
Raci Muradov – Sabunçu rayon təşkilatının üzvü
Yusif Tahirli – Sabunçu rayon təşkilatının üzvü
Nizamәli Suleymanov – Suraxanı rayon təşkilatının üzvü
Ruhid Abdullayev –  Suraxanı rayon təşkilatının  üzvü
Əli Həsənov – Nizami rayon təşkilatının üzvü
Habil Nəsirov – Xəzər rayon təşkilatını üzvü
Səməd – Yasamal rayon təşkilatının üzvü
Seymur Namazov – Abşeron rayon təşkilatının üzvü
Әhliyar Mәhәrrәmli – Cəbrayıl rayon təşkilatının üzvü
Ramiz Xəlil – Laçın rayon təşkilatının üzvü
Vaqif Baxşaliyev – Laçın rayon təşkilatının üzvü
İsa Alıyev – Qubadlı rayon təşkilatının üzvü 

12 noyabr aksiyasında Azərbaycanda Sərbəst toplaşmaq hüququnun təmin olunması tələb edilib. 

Aksiyanın qətnaməsini təqdim edirik: "Əliyev hakimiyyəti Azərbaycanda fundamental insan hüquqlarını, o cümlədən sərbəst toplaşmaq azadlığını ciddi şəkildə məhdudlaşdırmaqdadır. Respublikada, xüsusilə də Bakıda mitinq və nümayişlərin keçirilməsinə faktiki qadağa qoyulub. Hakimiyyət bu özbaşınalığı ilə ölkədə gərginliyin artmasına, polislə vətəndaşlar arasında qarşıdurmanın yaranmasına rəvac verib.  Bunun nəticəsi olaraq oktyabrın 19-da, Bakı şəhərinin mərkəzində demokratiya və azadlıqlar tələbi ilə keçirilən aksiya zorakılıqla dağıdılıb, iştirakçılara və təşkilatçılara qarşı adekvat olmayan güc tədbiq edilib. Çoxlu sayda insan həbs edilib və polis zorakılığı ilə üzləşib. Bəzi aksiya iştirakçıları saxlanıldıqdan sonra işgəncələrə məruz qoyulub. Hakimiyyətin işgəncələrə və qeyri-insani rəfdara rəvac verməsi xüsusi hiddət doğurur və bağışlanılmazdır.

Biz, noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən etiraz aksiyasının  iştirakçıları Azərbaycanda dinc mitinq və nümayişlərin dağıdılmasını qətiyyətlə pisləyir, aksiya iştirakçılarına qarşı zorakılığa yol vermiş polis əməkdaşlarının cəzalandırılmasını tələb edirik. Biz 19 oktyabr nümayişində həbs olunanların və Azərbaycandakı bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını, Azərbaycanda fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşma azadlığının təmin olunmasını tələb edirik”.

Bastainfo.com