Polad Aslanova 16 il həbs cəzası verildi

Polad Aslanova 16 il həbs cəzası verildi

16-11-2020 19:28 / Bu xəbər 1224 dəfə oxundu

Noyabrın 16-da xeberman.com saytının təsisçisi, jurnalist Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. 

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

O bildirib ki, poses qapalı rejimdə keçirilib və dövlət ittihamçısı onun 17 il müddətinə həbs olunmasını  istəyib.

Jurnalist P.Aslanov 2019-cu il iyunun 12-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. 

İstintaq bildirir ki, P.Aslanov jurnalist həmkarlarını cəlb edərək, İranın xüsusi xidmətləri ilə əməkdaşlığa yönləndirib.

Aslanov ittihamları rədd edib.

Bildirib ki, onu Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edirlər.

Beynəlxalq təşkilatlar onun həbsini pisləyib, P.Aslanovu azad etməyə çağırıblar. 

Noyabrın 15-də ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək məsələri üzrə Bürosu Polad Aslanov da daxil olmaqla Azərbaycanda həbsdə  olan jurnalistlərin azad olunmasına çağırış edib.