Polis İcra Hakimiyyətinin önündə intihar cəhdinin qarşısını aldı

Polis İcra Hakimiyyətinin önündə intihar cəhdinin qarşısını aldı

26-07-2022 23:06 / Bu xəbər 798 dəfə oxundu

Tərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edilib. 

Bu gün səhər saatlarında rayon sakini İlqar Vəliyev özünü yandırmağa çalışıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirilib ki, bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev şəhər ərazisində özünü yandırmağa cəhd göstərib.

"Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır”, - deyə o bildirib.