Polis polkovniki işdən çıxarıldı
16-08-2019 19:05 / Bu xəbər 918 dəfə oxundu
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir islahata imza atıb.
Avtosfer.az xəbər verir ki, nazirin əmri ilə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazovda işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib.