Polis zabiti jurnalisti məhkəməyə verdi: Əli Həsənovun qaynıdır

Polis zabiti jurnalisti məhkəməyə verdi: Əli Həsənovun qaynıdır

10-12-2019 13:12 / Bu xəbər 946 dəfə oxundu

Polis zabiti Criminal.az saytının baş redaktoru Anar Məmmədovu məhkəməyə verib. 

Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov baş redaktora qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldırıb. 

İddiaya görə, jurnalist 23 sentyabr 2019-cu il tarixində Criminal.az saytında "Azərbaycanda 21 yaşlı qız polis rəisini bıçaqladı" başlıqlı xəbər yazmaqla onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyib. 

Polis zabiti iddiasında məlumatın təkzib olunmasını və mənəvi zərərə görə 10000 manat tələb edir. 

Xatırladaq ki, Salyan rayon Polis Şöbəsinin rəisi Cəbrayıl Vəliyev ölkə prezidentinin bir neçə gün əvvəl işdən çıxarılan köməkçisi Əli Həsənovun qaynıdır. 

O, Ə.Həsənovun xanımı Sona Vəliyevanın qardaşıdır.