Polisin rüşvət aldığı iddia olunan daha bir video yayıldı

Polisin rüşvət aldığı iddia olunan daha bir  video yayıldı

20-07-2019 16:28 / Bu xəbər 689 dəfə oxundu

"Yeniavaz.com" saytının redaksiyasına Gəncə Şəhər Yol Patrul Xidmətinin əməkdaşı olduğu iddia olunan polisin, maşınları saxladaraq rüşvət aldığı görüntüləri daxil olub.

Demokrat.az xəbər verir ki, görüntülərdə polis əməkdaşının 10 VM 737 dövlət nömrə nişanlı "Porsche”, 99 CN 019 dövlət nömrə nişanlı "Lada 015”, 10 VV 737 dövlət nömrə nişanlı "Toyota Prado” və 20 CN 819 dövlət nömrə nişanlı "Hyundai Tucson” markalı avtomobillərdən rüşvət aldığı iddia olunur.