Politoloq: 26 illik avtokrat gənc evdar qadına uduzdu

Politoloq: 26 illik avtokrat gənc evdar qadına uduzdu

10-08-2020 13:32 / Bu xəbər 1926 dəfə oxundu

"26 illik avtokrat heç bir siyasi təcrübəsi olmayan gənc evdar qadına uduzdu”.

Bunu politoloq Şahin Cəfərli Belarusda keçirilən prezident seçkilərlə bağlı feysbuk hesabında yazıb. 

O qeyd edib ki, bunu Lukaşenkonun özü də bilir: "Bunu özü də, ölkə də, dünya da bilir. 80%-lə qalib gəlmiş lider ordu və OMON-u küçələrə tökməz, interneti kəsməz. Batka legitimliyini itirdi. Belarus xalqı ilk dəfə gördü və hiss etdi ki, dəyişiklik edə bilər. Bu önəmlidir.

Növbəti seçkidə - əgər o vaxta qədər qalsa - məncə, Lukaşenko olmayacaq”.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkidə hazırkı prezident Aleksandr Lukaşenko səs çoxluğu ilə qalib elan olunub. Onun əsas rəqibi isə müxalifətin əsas namizədi olan Svetlana Tixanovskaya idi.