Poroşenko Azərbaycana gələcək
27-08-2015 17:47 / Bu xəbər 1062 dəfə oxundu
Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfər etməyi planlaşdırır.
Arqument.Az xəbər verir ki, bu barədə APA-ya Ukrayna Prezident Administrasiyasının mətbuat katibliyindən məlumat verilib.
Mətbuat katibliyindən bildiriblər ki, hazırda Azərbaycan tərəfi ilə səfərin tarixi müzakirə edilir. "Ukrayna prezidenti dəfələrlə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafının vacibliyini vurğulayıb”, - deyə açıqlamada qeyd olunub.
Arqument.Az












