“Porsche” şirkətinə iş qaldırıldı

“Porsche” şirkətinə iş qaldırıldı

01-01-2014 14:50 / Bu xəbər 1084 dəfə oxundu

İqtisadiyyat və Sənaye Nazirliyi reklam bazarında araşdırmalar aparır. 

AzNews.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Porsche” markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib. 

Belə ki, həmin reklamlarda “Porsche” markalı avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Porsche – ormanların padşahı” və “Porsche – komfort etalonu” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar bu reklamların sifarişçisi və həmin avtomobillərin satışını həyata keçirən “Əfəndilər” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. 

Araşdırmalar davam etdirilir.

Arqument.Az