Prezident 121 məhbusu əfv etdi - Gürcüstanda
21-01-2014 16:31 / Bu xəbər 864 dəfə oxundu
Gürcüstan prezidenti Georgi Marqvelaşvili 121 məhbusun əfv edilməsi haqqında sərəncam imzalayıb.
Qərar müqəddəs Georgi bayramı öncəsi verilib.
Gürcüstanın Əfv üzrə dövlət komissiyasının sədri Zviad Koridze bildirib ki, 93 nəfər dərhal azadlığa çıxacaq, digərlərinin isə həbs müddəti azaldılacaq.
Əfv olunanlar arasında narkotiklərlə əlaqəli cinayətlərə görə həbs edilən şəxslər də var.
Xüsusi komissiya 752 işə baxıb, onlardan 350 müvafiq kriteriyalara cavab verməyib.(APA)
Arqument.az












