Prezident bu şəxslərə 1500 manat birdəfəlik maddi yardım ayırdı
19-04-2022 19:17 / Bu xəbər 2918 dəfə oxundu
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.
"President.az” yazır ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda əssən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə min beş yü manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına yeddi yüz əlli manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası üçün Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat vəsait ayrılıb.












