Prezident istefaya göndərdi, Elçin Quliyev geri qaytardı — DSX-də təyinat

Prezident istefaya göndərdi, Elçin Quliyev geri qaytardı — DSX-də təyinat

16-05-2020 13:43 / Bu xəbər 4327 dəfə oxundu

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev istefaya göndərilən general-leytenant Əsgər Xəlilovu özünə müşavir təyin edib.

Bu barədə unikal.org məlumat yayıb. 

Xatırladaq ki, 2020-ci ilin fevral ayında Dövlət Sərhəd Xidməti rəisinin müavini - general-leytenant Əsgər Xəlilov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdı.