Prezident Şəkidə

Prezident Şəkidə

29-10-2018 14:39 / Bu xəbər 1751 dəfə oxundu

Oktyabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlət başçısına məlumat verib.

Prezident İ.Əliyevin Şəki rayonunda bir sıra obyektin açılışında iştirak edəcəyi gözlənir.

Dünən, oktyabrın 28-də isə prezidenti İ.Əliyev və xanımı M.Əliyeva Qax rayonuna getmişdilər. 

Onlar Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, Qax Damazlıq İpəkçilik Stansiyasının və bir sıra başqa obyektin açılışına qatılmışdılar.