Prezident Şuşaya xüsusi nümayəndə təyin edib

Prezident Şuşaya xüsusi nümayəndə təyin edib

27-01-2021 15:44 / Bu xəbər 680 dəfə oxundu

Ölkə başçısı sərəncam imzalayıb

Prezident İlham Əliyev Şuşa şəhərində xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov dövlət başçısının Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Aydın Zöhrab oğlu Kərimov vaxtilə Sosial Demokrat Partiyasının üzvü olub, uzun illər İsveçdə yaşayıb.

Şuşa rayonu ötən ilin 8 noyabrında işğaldan azad edib.

1930-cu ildə yaradılmış Şuşa şəhəri Kiçik Qafqazın Qarabağ silsiləsində yerləşir.

289 km² ərazisi olan Şuşanın 2016–cı ildəki hesablamalara görə, 32.8 min nəfər əhalisi olub.

Şuşa ərazisinə bir şəhər və 31 kənd daxildir.

Mərkəzi Şuşa şəhəridir. 

Şəhər 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Şəhərin işğal tarixi 8 maydır. 

Şuşa əhalisi Azərbaycanın müxtəlif rayonlarında yaşayır.