Prezidentdən örnək addım - Aylıq maaşını ianə etdi...
13-03-2016 01:33 / Bu xəbər 1674 dəfə oxundu
Tunis prezidenti Beji Kaid əs-Səbsi bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib.
Vəsaitlər həlak olan güc strukturlarının əməkdaşlarının və mülki şəxslərin ailələrinə yardım, həmçinin, ölkənin təhlükəsizlik qüvvələrinin dəstəklənməsi üçün nəzərdə tutulub.
Tunisin baş naziri Həbib əs-Sid dövlət başçısının bu təşəbbüsünü nümunə götürərək, hökumət üzvlərini və yüksək vəzifəli məmurları bir günlük maaşlarını terrorçuluqla mübarizəyə ianə etməyə çağırıb.
İanələrin toplanması məqsədi ilə Tunis poçtunda xüsusi hesab açılıb. (apa)













