Priqojin Moskva yürüşü niyə yarı yolda dayandırıb?

Priqojin Moskva yürüşü niyə yarı yolda dayandırıb?

26-06-2023 15:06 / Bu xəbər 1411 dəfə oxundu

Almaniya hökuməti ehtimal edir ki, "Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin çevriliş cəhdi zamanı Rusiya dövlət qüvvələri tərəfindən ümid etdiyi dəstəyi almadığından Moskvaya yürüşü dayandırıb.

Bu barədə Almaniyanın "Spiegel” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, şənbə günü axşam Federal Xarici İşlər Nazirliyi və Almaniya Müdafiə Nazirliyi Bundestaqın xarici işlər və müdafiə komitələrinin sədrlərini cari hadisələrlə bağlı məlumatlandırıblar.

Şifahi brifinq zamanı Federal Xarici İşlər Nazirliyinin siyasi direktoru Terven Bellmann və parlamentin müdafiə məsələləri üzrə dövlət katibi Zimte Meller "Vaqner” lideri Priqojinin çevriliş cəhdi zamanı ümid etdiyi dəstəyi Rusiya dövlət qüvvələrindən almadığından şübhələndiyini bildirib, ona görə də Moskvaya qarşı kampaniyasını dayandırıb. 

Hökumət nümayəndələri telefon danışığı zamanı Kreml və Priqojin arasında razılaşmanın məzmunu, həmçinin Putinin, müdafiə naziri Şoyqunun və Baş Qərargah rəisi Gerasimovun yeri barədə məlumat verə bilməyiblər.

Nəşrin yazdığına görə, xarici işlər və müdafiə komitələri həftənin əvvəlində xüsusi iclasda toplaşmalı və bu mövzunu müzakirə etməlidirlər.
 
Nizami Bağırov