Prokurorluq “10 milyonluq” xəbərə düzəliş etdi
29-01-2014 16:59 / Bu xəbər 885 dəfə oxundu
Dünən Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti üzrə bir sıra hüquqi və fiziki şəxslərin adlarına verilmiş 10 milyon 666 min 600 manat məbləğində kreditin təyinatı üzrə istifadə edilməyərək mənimsənilməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə məlumat verilib.
“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin bu gün birgə yaydığı məlumatda qeyd edilir ki, araşdırmaların ilkin mərhələsində müəyyən edilib ki, “DəmirBank” ASC İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi çıxış etməsinə baxmayaraq mənimsənildiyi qeyd edilən həmin məbləğ əsas etibarı ilə bankın vəsaitidir və fondun hesabına verilmiş vəsaitə münasibətdə ciddi qanun pozuntuları aşkar edilməyib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Arqument.Az












