Putin 10 generalı istefaya göndərdi

Putin 10 generalı istefaya göndərdi

11-02-2016 14:44 / Bu xəbər 1511 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin müxtəlif güc nazirliklərində çalışan 10 generalı hərbi xidmətdən azad edib.

RİA Novosti-yə xəbər verir ki, müvafiq sərəncam hüquqi informasiyanın rəsmi internet portalında dərc edilib.

Putin Rusiyanın İstintaq Komitəsinin Çeçenistan idarəsinin rəhbəri Sergey Devyatovu, İsitintaq Komitəsinin Moskva Baş komitəsinin rəis müavini Aleksey Zayevi və FHN aparat rəhbəri Robert Kireyevi işdən azad edib.(AzVision.az )
 
Arqument.Az