Putin Baydeni təbrik etdi
15-12-2020 12:59 / Bu xəbər 706 dəfə oxundu
Rusiya prezidenti Vladimir Putin Cozef Baydeni ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.
Bu barədə məlumatı dekabrın 15-də "RİA Novosti” saytı yayıb.
Rusiya prezidenti Baydenə fəaliyyətində uğurlar arzulayıb və fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ-ın bir çox problemlərin həllinə töhfə verə biləcəklərinə əmin olduğunu bildirib.
"Öz tərəfimdən sizinlə qarşılıqlı əlaqələrə və təmaslara hazıram”, - deyə Putin vurğulayıb.
Rusiya prezidenti Baydeni ən gec təbrik edən dövlət başçılarından biridir.
Hazırkı Ağ Ev rəhbəri Donald Tramp ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərinin nəticələrini mübahisələndirdiyinə, bəzi ştatlarda seçkilərin nəticələrinə qarşı məhkəmə iddiaları qaldırdığına görə, Rusiyanın Baydeni təbrik etməyə tələsmədiyi bildirilirdi.
Bir müddət əvvəl Çin lideri Xi Szinpin də Baydeni gec də olsa, təbrik etmişdi.












