Putin Ərdoğanı təriflədi: "Ərdoğan dedi və aldı"

Putin Ərdoğanı təriflədi:

23-10-2020 13:17 / Bu xəbər 1146 dəfə oxundu

"Ən yaxşı hava hücumundan müdafiə Rusiyanın "Triumf" S-400 sistemidir, Ərdoğan dedi və aldı"

"Türkiyə prezidenti RəcəbTayyip Ərdoğan müstəqil siyasət yürüdür", - bu sözləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib. 

Xəbəri "Ria Novosti" yayıb.

"Valday” Beynəlxalq Diskussiya Klubunun son toplantısında (22 oktyabr)  iştirak edən Vladimir Putin Türkiyə prezidenti ilə bağlı fikirlərini belə ifadə edib: "Ərdoğan qərara gəldi ki, ölkəyə müasir hava hücumundan müdafiə (HHM) sistemi lazımdır. Dünyadakı ən yaxşı belə sistem isə Rusiya istehsalı olan "Triumf" S-400 sistemidir, Ərdoğan dedi və aldı. Belə bir partnyorla işləmək nəinki xoşdur, belə partnyorla işləmək həm də etibarlıdır".

Türkiyənin Rusiyadan yeni S-400 sistemi alması, ABŞ-la Türkiyə münasibətlərində böhrana səbəb olmuşdu. 

Vaşinqton Ankaradan sifarişdən imtina etməyi və əvəzində Amerikan "Patriot" kompleksini almağı tələb etmiş, əks təqdirdə onu "F 35" qırıcılarını satmayacağı ilə, həmçinin sanksiyalarla hədələmişdi. Ancaq Türkiyə güzəştə getməkdən imtina etmiş və S-400 sistemini almaq barədə danışıqları davam etdirmişdi.///Toplum.Tv