Putin "FSB"-yə qarşı repressiyalara başladı
12-03-2022 12:22 / Bu xəbər 1104 dəfə oxundu
Rusiyada FTX-yə qarşı repressiyalara başlanıldığı bildirilir
Rusiyada qadağan edilmiş "Meduza” saytının məlumatına görə, Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) 5-ci xidmətinə qarşı repressiyalara başlayıb.
Bildirilir ki, xidmətin bir neçə əməkdaşı həbs olunub. Bu, işğal ərəfəsində Ukraynada baş verən siyasi hadisələr haqqında Vladimir Putinə məlumat vermək üçün məsul olan xidmətdir.
"Görünür, iki həftəlik müharibədən sonra Putin, nəhayət ki, sadəcə aldadıldığını başa düşüb. Lideri qəzəbləndirməkdən qorxan 5-ci xidmət isə sadəcə, eşitmək istədiklərini ona çatdırıb", - deyə sayt yazıb.
Bundan başqa, bildirilir ki, əməliyyatlar üçün ayrılan vəsaitlərin sui-istifadəsinə yol verilib. Həmçinin kəşfiyyat məlumatlarının da dəqiq olmadığı qeyd olunur.
Son məlumatlara görə, xidmətin rəhbəri general Sergey Beseda və müavini ev dustaqlığına buraxılıb.












