Putin məmurların bank hesabları ilə bağlı qanun imzalayıb

Putin məmurların bank hesabları ilə bağlı qanun imzalayıb

07-03-2022 23:02 / Bu xəbər 930 dəfə oxundu

Rusiya Prezidenti Vladimir Putin "Məmurların bank hesablarından daxilolmaların məbləğinin üç il ərzində gəlirlərini aşması halında pul yığılması haqqında” Qanunu imzalayıb.

Məlumatı Rusiya mediası yayıb. 

Qanuna əsasən, ümumi məbləği ailənin son 3 ildəki rəsmi gəlirlərindən 10 min rubldan artıq olacağı və məmur bu gəlirlərin qanuni mənbəyini əsaslandıra bilməyəcəyi təqdirdə, prokurorluq məhkəməyə müraciət edərək həmin vəsaitləri və əmlakı müsadirə edə biləcək.