Putin Papanı bir saat gözlətdi

Putin Papanı bir saat gözlətdi

11-06-2015 11:55 / Bu xəbər 1137 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin Roma Papası ilə Fransisklə görüşə bir saat gecikib.

Bu barədə AzVision.az İtaliyan KİV-nə istinadən xəbər verir. 

Putinin görüşə gecikmə səbəbi açıqlanmır. Məlumatda vurğulanır ki, Papa Fransiskin rəsmi katibi Qeorq Qenbayn 17:25-də Rusiya liderini qarşılamağa çıxıb. Lakin Putin görüşə 18:10-da gəlib. 

Qeyd edək ki, iyulun 10 Putin Milanda İtaliyanın baş naziri Matteo Renzi ilə görüşüb və "Expo – 2015” sərgisinə qatılıb. Daha sonra isə o, Romaya gedib. 

Vladimir Putin və Roma Papasının görüşü bir saatdan çox çəkib. Görüşdə hansı məsələlərin müzakirə edilməsi barədə məlumat verilmir.