Putin: “Qarabağ müharibəsi kənar müdaxilə səbəbindən başlamadı”

Putin: “Qarabağ müharibəsi kənar müdaxilə səbəbindən başlamadı”

17-12-2020 16:58 / Bu xəbər 774 dəfə oxundu

"Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Ətraf rayonlar, habelə Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də keçirilən ənənəvi illik böyük mətbuat konfransındakı çıxışı zamanı deyib.

Konfransda jurnalistin Dağlıq Qarabağda müharibənin niyə indi baş verməsi barədə sualına Putin belə cavab verib: "Vəziyyət nəzarət altından çıxdı. Gərginlik uzun illərdir ki, davam edirdi. Dağlıq Qarabağda müharibənin kənardan müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”.

Rusiya Prezidenti Qarabağda atəşkəsin pozulmasına da münasibət bildirib. 

O, atəşkəsin cəmi bir dəfə pozulduğunu, bundan sonra isə pozulmayacağına ümidvar olduğunu vurğulayıb.

Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması məsələsinə münasibət bildirərkən isə o, bunun mümkün olduğunu deyib, amma əlavə edib ki, bu, tərəflərin razılığı ilə olmalıdır.

Rusiya Prezidenti həmçinin digər ölkələrin və beynəlxalq təşkilatların sözdən işə keçəcəklərinə və Qarabağ məsələsinə kömək etməyə başlayacaqlarına ümid etdiyini bildirib.(toplum.tv)